Qadin.NET / Xəstəlik aşkar edilən çağırışçılar geri qaytarılacaq

Xəstəlik aşkar edilən çağırışçılar geri qaytarılacaq

 

Xəstəlik aşkar edilən çağırışçılar geri qaytarılacaq

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalar tərəfindən təkrarən yoxlanışdan keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmr imzalayıb. Əmrə əsasən, xəstəlik aşkar edilən çağırışçılar geri qaytarılacaq.

 Hərbi xidmətə yararlı olanlar 3 ay müddətində yeni gəlmiş heyətin döyüş hazırlığı proqramına əsasən gənc əsgərin hazırlığı kurslarında təlim keçəcək. Kursu bitirdikdən sonra birliklərdə, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılan komissiyalar tərəfindən xüsusi kompüter proqramı vasitəsilə həyata keçirilən bölgü əsasında gənc əsgərlər yiyələndikləri ixtisaslara uyğun olaraq hərbi hissələrə xidmət yerlərinə göndəriləcək.

Mənbə: Lent.Az

13 yanvar 2014
GO BACK