Milli.Az xəbər verir ki, Azərbaycan prospekti və Nigar Rəfibəyli küçəsinin kəsişməsində yerləşən, hər tərəfində iki giriş çıxışı olan piyada keçidinin bir girişi bağlanıb. Giriş-çıxışın bir başı Daxili İşlər Nazirliyinin (DİN) qarşısında, o biri başı yolun əks tərəfində olan keçidin içərisində problemlər yaranıb. Yaranan problemlə əlaqədar "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevlə əlaqə saxladıq.O bildirdi: "Yaranan problem araşdırılacaq. Sizi günorta saatlarından sonra məlumatlandıra biləcəm".
Mənbə: Milli.Az