Qadin.NET / Həftənin ilk iş günü Azərbaycanda hava necə olcaq?

Həftənin ilk iş günü Azərbaycanda hava necə olcaq?

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 2-5 dərəcə isti, gündüz 7-11 dərəcə isti, Bakıda gecə 2-4 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.
 Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Temperatur gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.
Mənbə: Milli.Az
12 yanvar 2014
GO BACK