İki karateçimiz Parisin açıq çempionatının startında uğurla fərqlənib. Milli.Az azerisport.az-a istinadən xəbər verir ki, Ayxan Mamayev (84 kq) və Asim Qurbanov (+84 kq) iki bürünc medal qazanıblar. Nuranə Əliyeva (50 kq) mükafatın bir addımlığında mübarizəni dayandırıb. Digər səkkiz karateçimiz bir qədər uğursuz çıxış edib. Qeyd edək ki, WKF premyer-liqasının ilk yarışında 58 ölkədən 770 karateçi mübarizə aparır.Ölkəmizi yarışda Yusif Məmmədov və Cahangir Babayevdən ibarət hakimlər briqadası təmsil edir.
Mənbə: Milli.Az