Qadin.NET / Sabah bu şəhərdə həyat iflic olacaq

Sabah bu şəhərdə həyat iflic olacaq

 

Taiandın paytaxtı Banqkokda anti-hökumət nümayişçiləri şəhər ətrafındakı "Demokratiya Abidəsi"ni işğal ediblər. Milli.Az anspress-ə istinadən xəbər verir ki, etirazçılar sabah Banqkokda həyatın iflic olacağını və 20 əsas yolun bağlanacağını bildirirlər."Banqkoku işğal et" adlandırılan hərəkata qoşulanların sayı hər ötən saat artır. Sabah şəhər mərkəzinə yürüş etməyə hazırlaşan etirazçılar Baş nazirYinqlak Şinavatranın istefası tələbini bir daha irəli sürəcəklər. Sabahkı aksiyada iştirak etmək üçün Tailandın müxtəlif şəhərlərindən on minlərlə adam Banqkoka gəlib. Tailandda anti-hökumət nümayişləri ötən ilin noyabrından bəri davam edir və etirazçılar artıq bir neçə hökumət binasını müvəqqəti olaraq ələ keçiriblər. Hökumət fevralın 2-ə planlaşdırılmış növbədənkənar seçkilərə hazırlaşsa da, Tailand müxalifəti seçkiləri boykot edib.

Mənbə: Milli.Az

 

12 yanvar 2014
GO BACK