İsrailin eks baş naziri Ariel Şaronun yanvar ayının 13-də Neqevada öz ailə ferması “Şikmim”də həyat yoldaşı Lilinin yanında dəfn ediləcəyi məlum olub. Milli.Az xəbər verir ki, anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı BBC telekanalı yayıb. Ariel Şaronla rəsmi vidalaşma mərasimi yanvarın 12-də Qüdsdə İsrail parlamentinin binasında keçiriləcək.
Dəfn mərasimində dünyanın bir çox ictimai xadimlərinin və siyasilərin iştirakı gözlənilir. ABŞ-ın vitse prezidenti Co Bayden və Rusiyanın xarici işlər naziri Sergey Lavrov da mərasimdə iştirak edəcəklər. Xatırladaq ki, Ariel Şaron İsrailin Şeba xəstəxanasında 85 yaşında dünyasını dəyişib. O, 2006-cı ildə insult keçirdikdən sonra komaya düşərək heç vaxt ayılmayıb.
Mənbə: Milli.Az