Qadin.NET / Yaponiyadan Afrika qaçqınlarına böyük jest

Yaponiyadan Afrika qaçqınlarına böyük jest

 

Yaponiya hökuməti Afrikanın Sahel regionundan qaçqın düşən insanlar üçün 83.4 milyon dollar ayıracaq. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Yaponiyanın baş naziri Sindzo Abe Kot-d`İvuar prezidenti Alassan Uattarailə görüşü zamanı deyib. Görüşdə tərəflər Afrikanın bu regionunda stabilliyin bərqərar olunması üçün ikitərəfli əməkdaşlığın davam etdirilməsinin vacibliyindən danışıblar. Xatırladaq ki, Yaponiyanın baş naziri Sindzo Abe Afrika turnesi çərçivəsində Kot-d`İvuardan sonra Mozambik və Efiopiyaya rəsmi səfər edəcək.

Mənbə: Milli.Az

 

11 yanvar 2014
GO BACK