Qadin.NET / Smartfonlardan gələn bəla

Smartfonlardan gələn bəla

 

Amerikalı alimlər yatmazdan əvvəl smartfonla təmasda olmanın yuxusuzluğa gətirib çıxardığını müəyyənləşdiriblər. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Harvard tibb məktəbinin mütəxəssisləri smartfonun axşam saat 22:00-dan sonra ümumiyyətlə söndürülməsini məsləhət görürlər. Onlar smartfondakı süni işıq dalğasının insan beynində melotonin fermentinin əmələ gəlməsinə mane olduğunu deyirlər. Qeyd edək ki, melotonin insanın tez yatmasına yardımçı olur.

Mənbə: Milli.Az

 

11 yanvar 2014
GO BACK