Qadin.NET / Azərbaycan filmləri Türkiyədə

Azərbaycan filmləri Türkiyədə

 

 

 

“Avropa-Azərbaycan Cəmiyyəti”nin Türkiyə ofisinin təşkilatçılığı ilə Türkiyədə “Bu Kino Çox Gözal” adıyla Azərbaycan filmləri festivalı keçiriləcək. Bu barədə Lent.Az-a“Ritm production” kino şirkətinin direktoru Xaqani Həşimov məlumat verib. Onun sözlərinə görə, proqrama “Arşın mal alan” (rejissorlar - Nikolay Leshenko, Rza Təhmasib), “40-cı qapı” (rejissor – Elçin Musaoğlu), “Çölçü” (Şamil Əliyev), “Buta” (rejissor – İlqar Nəcəf), “Qala” (rejissor – Şamil Nəcəfzadə) , “Yarasa” (rejissor – Ayaz Salayev), “İlahi məxluq” (rejissor – Yavər Rzayev), “Çövkan” (rejissor - Rafiq Quliyev) olmaqla 8 film daxil edilib. Direktor onu da vurğulayıb ki, festival yanvarın 24-dən – fevralın 2-ə dək keçiriləcək.

Mənbə: Lent.Az

11 yanvar 2014
GO BACK