Qadin.NET / Yığma komandamız Belarusa qarşı

Yığma komandamız Belarusa qarşı

 

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə 1996-97-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisi bu gün son matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, 13-cü yer uğrunda mübarizədə komandamız Belarusla üz-üzə gələcək. Qeyd edək ki, yığmamız Latviyanı məğlub edərək bu mərhələyə adlamışdı. Əsas vaxtı 1:1 bərabərliklə başa çatan qarşılaşmanı futbolçularımız penaltilərdə 3:0 - ümumi nəticədə 4:1 hesabı ilə qazanmışdı. Xatırladaq ki, millimiz qrup mərhələsinin ilk matçında Yunanıstanla sülh bağlasa da (1:1), sonradan Çexiya (0:2) və Yaponiyaya (1:4) məğlub olmuşdu.

11 yanvar
14:15. Belarus – Azərbaycan
Mənbə: Milli.Az

 

11 yanvar 2014
GO BACK