Qadin.NET / Rusiyaya səfər edənlərin nəzərinə: bunları etməyin

Rusiyaya səfər edənlərin nəzərinə: bunları etməyin

 

APA-ya verdiyi məlumata görə, “Rossaviasiya”nın qərarına əsasən, bu gündən Rusiya Federasiyasının hava limanlarından uçuş zamanı sərnişinlərin özündə və ya əl yükündə olan hər hansı maye maddələrin və şəxsi gigiyenik vasitələrin baqaja təqdim olunması tövsiyə olunur. AZAL sərnişinlərdən bunu nəzərə almağı xahiş edir. Sağlamlıq üçün daim vacib olan dərmanlar, həmçinin uçuş zamanı sərnişinlərin həyat fəaliyyətini təmin edən predmetlər və şəxsi gigiyenik vasitələrin hava gəmisinin salonunda daşınması qadağan edilməyib və hava limanının aviasiya təhlükəsizliyi xidmətləri tərəfindən yoxlanmasından sonra əl yükündə daşımaya buraxıla bilərlər. 

Mənbə: Milli.Az

 

11 yanvar 2014
GO BACK