Manqalda bişirilən kabablar insan sağlamlığı üçün təhlükəlidir.Anspress-in İRNA agentliyinə istinadən verdiyi məlumata görə, manqalda bişirilən ət insan orqanizminə avtomobillərin buraxdığı qaz kimi pis təsir göstərir. İstər İran, istərsə də xarici ölkə alimlərinin apardığı araşdırmalara görə, manqalda tüstü altında bişirilən kabablar insan DNT-sinin mutasiyaya uğramasını 100 dəfə artıra bilər. Bu isə xərcəng xəstəliyinə birbaşa yol açır. Alimlərin fikrincə, manqalda odunlardan qalxan tüstü siqaretin insan orqanizminə vurduğu zərərdən daha çoxdur.
Mənbə: Milli.Az