Qadin.NET / İndoneziya silkələndi

İndoneziya silkələndi

 

İndoneziyanın qərbində, Sumatra adasının Hind okeanının şimal-qərb sahillərində zəlzələ baş verib. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, zəlzələnin gücü Rixter şkalası ilə 5,1 bal olub. Bu barədə İndoneziyanın Milli Meteorologiya, İqlim və Geofizika İdarəsi məlumat verib. Yeraltı təkanların mərkəzi İndoneziyanın Şimali Sumatra əyalətinin Nias adasından 132 km cənub-qərbdə qeydə alınıb. Ölüm və dağıntı haqqında heç bir məlumat yoxdur. Xatırladaq ki, dünyada ən çox yeraltı təkanlar İndoneziyada qeydə alınır. 

Mənbə: Milli.Az

 

11 yanvar 2014
GO BACK