Qadin.NET / Hava haqqında - 11.01.2014

Hava haqqında - 11.01.2014

 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaqdır. Temperatur gecə 1-4°, gündüz 7-10° isti, Bakıda gecə 2-4° , gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-85, gündüz 65-75 faiz təşkil edəcək.
 Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 7-12° şaxta, dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 2-7° şaxta olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 5-10° şaxta, gündüz 1-6° isti olacağı ehtimal olunur.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 1-6° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq.Temperaturun gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir. Temperatur gecə 0-3° isti, gündüz 7-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq.
Mənbə: Milli.Az
11 yanvar 2014
GO BACK