Qadin.NET / "Azərbaycanda teatr sənətinin inkişafına yaradılan şərait aktyorların məsuliyyətini daha da artırır"

"Azərbaycanda teatr sənətinin inkişafına yaradılan şərait aktyorların məsuliyyətini daha da artırır"

 

 

 

MillI.Az EL TV-yə istinadən xəbər verir ki, xalq artisti Arif Quliyev EL Televiziyasına müsahibəsində bildirib ki, Azərbaycanda teatrların hazırkı durumu qənaətbəxşdir. Onun sözlərinə görə, yeni təmir olunan treatr binalaında müasir tələblərə cavab verən maddi texniki baza yaradılıb. Teatrların bu cür yenilənməsi isə aktyorlara səhnə əsərlərinin yüksək səviyyədə hazırlaması üçün geniş imkan yaradır. Müsahibimiz hazırda teatrlarda səhnələşdirilən tamaşalarda çoxlu sayda istedadlı gənc aktyorların yer aldığını deyib. Arif Quliyev Azərbaycan teatr sənətində silinməz izlər qoymuş korifey sənətkarların dünyasını dəyişməsinə baxmayaraq yeni nəsil aktyorların onları layiqincə əvəzləyəcəyinə ümüd etdiyini də vurğulayıb.

 

Mənbə: Milli.Az

10 yanvar 2014
GO BACK