Qadin.NET / Arda Turan: ""Atletiko" "Barsa" ilə eyni səviyyədədir"

Arda Turan: ""Atletiko" "Barsa" ilə eyni səviyyədədir"

 

"Barselona" ilə oyuna fərqli matç kimi baxmıram. Çünki bu da 3 xal qazana biləcəyimiz bir oyundur. Təbii ki, "Barselona" dünyanın ən yaxşı komandasıdır. Ən təhlükəli rəqibdir. Əgər biz qələbə qazanmaq istəyiriksə, cəsur olmalı və öz oyunumuz oynamalıyıq".Qol.az-ın məlumatına görə, bu sözləri "Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan La Liqada qarşılaşacaqları "Barselona" ilə oyunöncəsi deyib. "El Mundo Deportivo"ya danışan türkiyəli futbolçu "Barselona"nın, sadəcə, favorit kimi göründüyünü bildirib: "Favoritin kim olduğunu bilmirəm. Doğma azarkeşlərimiz önündə oynayacağıq. "Barselona" böyük komandadır, buna şübhəmiz yoxdur. Ancaq biz də meydana qələbə üçün çıxacağıq. Onlar favorit kimi görünürlər. Yəni, sadəcə, görünürlər. Mən deyərdim ki, "Atletiko" "Barsa" ilə eyni səviyyədədir. Sadəcə, oyun tərzləri fərqlidir"."Barselona"nın hücumçusu Lionel Messi haqda da danışan Arda onu futbol tarixinin ən yaxşısı adlandırıb:"Messi bu dünyadan deyil. O, Maradona ilə birgə futbol tarixinin ən yaxşı futbolçusudur. Karyerasını başa vurduqda futbolda bir əksiklik olacaq. Messiyə böyük hörmətim var".Qeyd edək ki, "Atletiko" - "Barselona" matçı sabah, Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.
Mənbə: Milli.Az
10 yanvar 2014
GO BACK