Qadin.NET / Xavi "Barsa"dan gedə bilər

Xavi "Barsa"dan gedə bilər

 

ABŞ-ın yüksək futbol liqasınıın (MLS) təmsilçisi "Nyu-York Red Bullz" yay transfer dövründə "Barselona" və İspaniya millisinın yarımmüdafiəçisi Xavi Hernandezi heyətinə qatmağa çalışacaq.Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, klub rəhbərliyi artıq oyunçu ilə əlaqə saxlayıb. Xavinin özü də gücünü başqa çempionatda sınamaq istəyir.Xavinin transferinin təşəbbüskarlarından biri ABŞ klubunun fransız hücumçusu Tyerri Anridir. Anri yaxın keçmişdə "Barselona"nun şərəfini qoruyub. Qeyd edək ki, Xavinin Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2016-cı ildə başa çatır.
Mənbə: Milli.Az
10 yanvar 2014
GO BACK