Qadin.NET / Bakıda bəzi rayonlar susuz qalacaq

Bakıda bəzi rayonlar susuz qalacaq

 

 

Yanvarın 12-dən Bakının bir sıra rayonlarında içməli su olmayacaq."Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ziya Bünyadov prospektində yol qovşaqlarının tikintisi, 2015-ci ildə Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq tədbirlərinə uyğun olaraq, Ziya Bünyadov prospektindən keçən iridiametrli magistral su kəmərinin yerinin dəyişdirilməsi və yeni birləşmələrin verilməsi ilə əlaqədar 12 yanvar 2013-cü il saat 23:00-dan etibarən 36 saat müddətində Bakı şəhərinin Binəqədi, Nərimanov, Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsinə, həmçinin Heydər Əliyev adına neft emalı və "Azərneftyağ" neft emalı zavodlarına suyun verilməsində məhdudiyyətlər olacaq.Yaranacaq narahatçılıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

 

Mənbə: Milli.Az

10 yanvar 2014
GO BACK