"Azərbaycanda Avro-3 ekoloji standartlarının tətbiqi həm idxal olunan, həm də ölkədə istehsal olunan avtomobillərə şamil ediləcək". Bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev bildirib. Onun sözlərinə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Dövlət Gömrük Komitəsi ilə birlikdə Azərbaycan hökuməti təsdiq etdikdən sonra qüvvəyə minəcək Avro-3 standartlarına cavab verən avtomobillərin siyahısını hazırlayıb.
Siyahıya aşağıdakı avtomobillər daxildir:
Nəqliyyat vasitəsinin mənşə ölkəsi | Nəqliyyat vasitələrinin buraxılış ili | |
Ekoloji siniflərə görə texniki reqlamentin tələblərinə uyğun gələnlər | ||
2 | 3 | |
Avropa İttifaqına daxil olan ölkələr, benzin | 1997-2000 | 2001-2004 |
Aİ-yə daxil olan ölkələr, dizel | 1997-2001 | 2002-2004 |
ABŞ | 1996-2000 | 2001-2003 |
Yaponiya | 1998-2004 | 2005-2010 |
Kanada | 2001-2003 | 2004-dən |
Hindistan | 2005-2009 | 2010-dan |
Çin | 2004-2007 | 2008-dən |
Koreya | 2001-2002 | 2003-2005 |
Ukrayna, M kateqoriyalı | 2006-dan | 2010-dan |
Ukrayna, N kateqoriyalı | 2007-dən | 2010-dan |
Belarus | 2006-2007 | 2008-dən |
Özbəkistan | 2007-2009 | 2010-dan |
Qazaxıstan | 2006-2011 | 2012-dən |
Rusiya | 2006-2007 | 2008-dən |
Avropa İttifaqına daxildir: Avstriya, Belçika, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Çexiya, Bolqarıstan, Rumıniya, İsveç, Estoniya.
Mənbə: Milli.Az