İngiltərənin ən yaxşıları bəlli oldu. Milli.Az-ın məlumatına görə, "Liverpul"un forvardı Luis Suares və "Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini dekabr ayının ən yaxşıları seçiliblər. Uruqvaylı hücumçu dekabr ayında 7 oyunda 10 qol vurub. "Mançester Siti" çilili mütəxəssisin rəhbərliyi ilə meydana çıxdığı 7 oyundan 6-da qələbə qazanıb, 1-də heç-heçə edib.
Mənbə: Milli.Az