
Çin 2013-cü ilin yekunlarına əsasən ilk dəfə dünya ticarətinin lideri olub
APA-nın “The Finansial Times” nəşrinə istinadən verdiyi məlumata görə, Çin ABŞ-ı qabaqlayaraq ili dekabrdakı rekord satış göstəriciləri ilə tamamlayıb. Ötən il Çinin idxal və ixracının ümumi həcmi 4,16 mln. dollar olub. 2012-ci illə müqayisədə müvafiq artım 7,6% təşkil edib. ABŞ-ın analoji göstəriciləri fervral ayında məlum olacaq. Lakin 2013-cü ilin 11 ayının göstəricisi (3,57 mln. dollar) artıq indidən Çinin ABŞ-ı qabaqlayaraq ticarət həcmi baxımından dünyanın liderinə çevrildiyini söyləməyə imkan verir.
Mənbə: Milli.Az