Qadin.NET / Azərbaycanda ailə həkimi institutu yaradılır

Azərbaycanda ailə həkimi institutu yaradılır

 

 

Azərbaycanda uzun müddətdir, müzakirəsi ləngiyən yeni “Ailə həkimi haqqında” qanun layihəsi yaz sessiyasında Milli Məclisdə müzakirəyə çıxarılacaq. Parlamentin Sosial siyasət komitəsindən APA-ya verilən məlumata görə, sənəd artıq komitənin yaz sessiyasında iş planına daxil edilib. Layihənin hazırlanmasında əsas məqsəd vətəndaşlara lazımı tibbi xidmətin göstərilməsi, ailələrin ilkin həkim nəzarəti ilə təmin edilməsidir. Sənəddə ailə həkimi institutunun yaradılması və geniş şəkildə şəbəkələşməsi əsas götürülüb.Layihənin hazırlanmasında ABŞ, Türkiyə, Avropa təcrübəsi əsas götürülüb.

Mənbə: Milli.Az

10 yanvar 2014
GO BACK