Beynəlxalq "Formula-1" avtoçempionatının ulduzlarının yararlandıqları avtobus indi süperlüks otelə çevrilib.
Seven Star adlı "təkərli otel" ABŞ-ın Newell şirkətinin məhsuludur. Bu avtobusdan əvvəllər pilot Jak Vilnöv, sonra isə 2003-2011-ci illərdə britaniyalı pilot, McLaren komandasının ulduzu Censon Batton yararlanmışdılar. "Formula-1" çempionlarının yararlandıqları avtobus indi 7 ulduzlu otel nömrəsinə çevrilib. Bu avtobusdan yararlanmaq istəyən şəxs 1 sutkaya 8 min funt-sterlinq ödəməlidir. Təkərli oteldə müştərini bahalı şampan şərabı ilə qarşılayacaqlar. Müştərini 24 saat ərzində ofisiant və yardımçılar, limuzin, ehtiyac yaranarsa, helikopter, "Michlen" ulduzlu məşhur aşpazların təamları, 42 düym panelli, plazma ekranlı televizor, qarderob otağı və qızıl vanna otağı gözləyir. Daxili sahəsi təqribən 46 kvadrat metr olan avtobusdan Avropada xüsusi turlar üçün istifadə edəcəklər.
Mənbə: Milli.Az