Qadin.NET / Kriştianu Ronaldudan bu hərəkəti gözləyirdiniz?

Kriştianu Ronaldudan bu hərəkəti gözləyirdiniz?

 

İspaniya Kubokunda 1/8 finalın ilk oyunlarına yekun vurulub. Milli.Az-ın məlumatına görə, son oyun günündə daha 3 qarşılaşma keçirilib. "Kral" klubu doğma azarkeşləri önündə "Osasuna"nı qəbul edib. "Real Madrid", deyəsən, ulduz oyunçu yetişdirir. Komandanın gənç futbolçusu Xese bu dəfə də əla oynayıb və qol vurub. Kriştianu Ronaldu matçda futbolsevərlərin xoşuna gəlməyən hərəkət edib. Belə ki, Ronaldu baş hakimi aldadıb: rəqib ilə mübarizə zamanı özünü yerə ataraq əlini üzünə tutub. O anın təkrarında açıq-aydın görünür ki, rəqib Ronaldunun üzünə toxunmayıb. Superulduzun bu hərəkəti çoxlarının narazılığına səbəb olub. Lakin Ronaldu buna baxmayaraq mükəmməl oyun nümayış etdirərək komandasının qələbə qazanmasına kömək edib. Digər qarşılaşmalarda qol vurulmayıb. 
9 yanvar
İspaniya kuboku, 1/8 finalın ilk oyunları 
"Real Sosyedad" - "Vilyareal" - 0:0
"Real Madrid"- "Osasuna" - 2:0
Qollar:
 Benzema, 19 (1:0), Xese, 60 (2:0)
"Rayo Valyekano" - "Levante" - 0:0
8 yanvar
"Betis" - "Atletik" (Bilbao) - 1:0
Qol: 
Martin, 42 (1:0)
"Alkorkon" - "Espanyol" - 1:0
Qol: 
Daniel, 72 (1:0)
"Santander" - "Almeriya" - 1:1
Qollar: 
Karona, 26 (0:1), Kone, 65 (1:1)
"Barselona" - "Xetafe" - 4:0
Qollar:
 Fabreqas, 9 (1:0), 64 (2:0), Messi, 90 (3:0), 90 (4:0)

7 yanvar
"Valensiya" - "Atletiko" (Madrid) - 1:1
Qollar:
 R.Qarsiya, 71 (0:1), Poştiqa, 90+3 (1:1)

Tuncay Türbəndəzadə
Mənbə: Milli.Az
10 yanvar 2014
GO BACK