Qadin.NET / Nikoil bank MilliÖN ödəniş sisteminə qoşuldu

Nikoil bank MilliÖN ödəniş sisteminə qoşuldu

 

MilliÖN ödəniş sistemi Azərbaycanın iri banklarından biri olan Nikoil bankla inteqrasiyanı başa çatdırdı. MilliÖN ilə əməkdaşlıq edərək, Nikoil, sayı daima artan və hal-hazırda 1500-dən artıq olan terminallar şəbəkəsi vasitəsilə əhaliyə kreditlərin ödənilməsi üzrə əlavə xidmətlər təklif edir. Ödəniş köşkü vasitəsilə krediti ödəmək üçün Nikoil Bank müştərisinə "Bank xidmətləri" bəndini seçib "Bank Nikoil" düyməsini basmaq lazımdır. Bank müştəriləri müvafiq xanalara hesab nömrəsi və müqavilənin nömrəsini daxil etdikdən sonra zəruri olan məbləği daxil edib, çeki almalıdır. Pul vəsaitlərinin köçürülməsi real vaxt rejimində yerinə yetirilir. Pul vəsaitlərinin qəbul edilməsi üçün komissiya alınmır. Servisimiz vasitəsilə ödənilə bilən xidmətlər siyahısının genişləndirilməsi bizim üçün prioritet məsələlərdən biridir. Ona görə də əhaliyə ödənişləri müntəzəm yerinə yetirmək üçün imkan yaratmaq məqsədilə var qüvvəmizlə çalışırıq - deyə KomtecLtd-də bizə bildirdilər.MilliÖN şəbəkəsinin bölgələrdə üzrə 5000-dən artıq ödəniş nöqtəsi var. MilliÖN "Komtec" şirkətinin servis brendidir. MilliÖN şəbəkəsinin əsas məqsədi əhaliyə tez, rahat və keyfiyyətli ödəniş xidmətləri üçün platformanı təmin etməkdir. MilliÖN vasitəsilə vətəndaşlar mobil və stasionar telefonlar, kommunal xidmətlər, internet və kabel televiziyası üzrə borcları ödəyə bilərlər. Hal-hazırda MilliÖN şəbəkəsinə 70-dən artıq kütləvi xidmət müəssisəsi qoşulmuşdur. MilliÖN ödəniş köşkləri Bakının və Azərbaycanın digər şəhərlərinin ticarət və işgüzar mərkəzlərində, banklarda, dövlət müəssisələri və idarələrində, metro stansiyalarında, supermarketlərdə, hava limanında, vağzallarında quraşdırılmışdır.  

Mənbə: Milli.Az

10 yanvar 2014
GO BACK