Qadin.NET / Ariel Şaron ölüm ayağındadır

Ariel Şaron ölüm ayağındadır

 

İsrailin keçmiş baş naziri, 2006-cı ildən komada olan Ariel Şaronun vəziyyəti keçən sutka ərzində həddindən çox pisləşib.

Anspress "BBC News"a istinadən bildirir ki, yanvarın 9-da axşam saatlarında Tel-a-Şomerda yerləşən Haim Şiba adına tibb mərkəzinin həkimləri onun vəziyyətini "həddindən kritik" adlandırıblar. Şaronun yatağının ətrafına qohumları yığılıblar və artıq "onun son günlərinin və hətta son saatlarının olduğunu anlayırlar".Həkimlər yanvarın 1-də Şaronun durumunun yetərincə pisləşdiyini bildirmişdilər. Bu, onun böyrəklərinin sıradan çıxması ilə bağlı olub. 85 yaşlı Ariel Şaron 2006-cı ildə insult keçirib və komaya düşüb. Buna qədər o, beş il müddətinə İsrailin baş naziri olub. 

Mənbə: Milli.Az

10 yanvar 2014
GO BACK