Qadin.NET / "İraqdakı qeyri-sabitlik bütün regiona yayıla bilər"

"İraqdakı qeyri-sabitlik bütün regiona yayıla bilər"

 

İraqdakı qeyri-sabitlik regionun digər ölkələrinə də yayıla bilər. Bu barədəTrend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib.Səfir qeyd edib ki, İraqın baş naziri Nuri əl-Maliki terrorçu qruplaşmaların ləğv edilməsi yolu ilə ölkədə təhlükəsizlik və sabitliyi əvvəlki səviyyəyə çatdırmağa çalışır: "İran İraq hökumətinə öz dəstəyini bildirib və bunu davam etdirəcək".O xatırladıb ki, bu yaxınlarda terrorçu qruplaşmalar ölkədə sabitliyi pozmaq üçün İraqın Ənbar vilayətindəki Fəllucə şəhərinə hücum ediblər.M.Pakayin hesab edir ki, beynəlxalq birlik İraq ordusunu dəstəkləməlidir: "İraq hökuməti ölkədə demokratiyanı uğurla qurur. İraqın gələcəyi ümidverici görünür".Onun sözlərinə görə, İraqdakı terrorçu qruplaşmalar ölkənin Suriya ilə əlaqələrini pisləşdirməyə çalışır: "Dünya ictimaiyyəti terrorizmə qarşı vahid cəbhədən çıxış etməlidir".

Mənbə: Milli.Az

10 yanvar 2014
GO BACK