Noppaxao dünyanın ən qəribə rəssamı sayıla bilər. Ona ən gönüqalın rəssam da demək olar.Çünki Noppaxao fildir və xortumu ilə əsərlər "yaradır". Adının mənası "daş-qaşların 9 ecazkar rəngi" olan bu fil Tailandın paytaxtı Banqkokdan 65 km şimaldakı Ayyuthaya vilayətindəki zooparkdadır.O, "Asian Elephant Art & Conservation" proqramı çərçivəsində rəsm çəkməyin "sirlərinə agah olub".Milli.Az AsiaOne-a istinadən bildirir ki, fil indiyədək yüzlərlə əsər çəkib və onların bəziləri 1000 dollara satılıb.8 il əvvəl başlamış proqram çərçivəsində "çalışan" 11 yaşlı Noppaxaonu "xortumlu Pikasso", "dünyanın ən gönüqalın rəssamı" adlandırırlar.
Mənbə: Milli.Az