Qadin.NET / Azərbaycanlı aktyor vəfat edib

Azərbaycanlı aktyor vəfat edib

 

Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Mərziyyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrına ağır itki üz verib. Teatrın aktyoru, tanınmış sənətçi Zülfü Məmmədov uzun sürən xəstəlikdən sonra vəfat edib. O, doğulduğu Goranboy rayonunun Zeyvə kəndində torpağa tapşırılıb. Sənətkarı ailə üzvləri, yaxın qohumları və sənət dostları son mənzilə yola salıblar. Sənət dostları onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, Zülfü Məmmədovun vəfatı ilə Mingəçevir Dövlət Dram Teatrı özünün əvəzolunmaz simasını itirib.

 

Mənbə: Milli.Az

10 yanvar 2014
GO BACK