Qadin.NET / Bu da 2015-ci ilin Chrysler-i

Bu da 2015-ci ilin Chrysler-i

 

Chrysler 200 2015 modelinin xüsusiyyətləri və bir neçə şəkili internetə sızdırılıb. Avtomobil tezliklə Detroytda işə başlayacaq Şimali Amerika beynəlxalq avtosalonunda təqdim ediləcək. Milli.Az 4charx.com-a istinadən bildirir ki, həmin fotolarda Chrysler 200 modelinin daha idmançı S variantı təsvir edilib. Model standart 9-pilləli avtomat ötürücü qutu və tam ötürmə innovasiya sistemiylə təklif ediləcək. Amerika idman sedanının ürəyi 184 a.g. və 234 Nm hasil edən 2.4-litrlik Tigershark baza mühərriki, həmçinin 295 a.g. və 354 Nm hasil edən əlavə 3.6-litrlik Pentastar V6 olacaq. Chrysler 200 sırasının ən qənaətcil variantı trasda hər 100 kilometrdə 6.7 litr yanacaq sərf edəcək. ABŞ-da modelin start qiyməti $ 21.700 təşkil edəcək.

 

Mənbə: Milli.Az
9 yanvar 2014
GO BACK