Qadin.NET / Azərbaycanda nəqliyyat sahəsində nə kimi yeniliklər olacaq?

Azərbaycanda nəqliyyat sahəsində nə kimi yeniliklər olacaq?

 

2015-ci ilə qədər nəqliyyat sahəsində bir sıra yeniliklərin olacağı gözlənilir. Ən əsas yeniliklərdən biri isə 1200 ədəd yeni və müasir standartlara cavab verə biləcək avtobusların gətirilməsidir. Burada da məqsəd sakinlərin rahatlığını təmin etməkdir. Anspress-in verdiyi məlumata görə, digər bir məsələ isə Avropa Olimpiya oyunları zamanı ölkəmizə gələcək turistləri nəqliyyatla tam təmin etməkdir. Onları bir yerdən başqa bir yerə aparmaq üçün daha rahat vasitələrdən istifadə olunacaq. Avtobuslarla yanaşı, 2000 ədəd "London taksi"sinin olimpiya oyunlarına qədər gətirilməsi nəzərdə tutulur. Digər bir məsələ isə əlillərin də marşrutlardan istifadəsini asanlaşdırmaq üçün yeni gətirilən avtobuslarda onlar üçün şəraitin yaradılmasıdır. Belə ki gətirilən yeni avtobuslarda pandusların quraşdırılması planlaşdırılır. NN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov: “Əsas burada əlilin marşruta minməsinin təmin olunmasıdır. Avtobusa minəndən sonra isə artıq orada problem olmasıdır. İndi yalnız "London taksi"lərində belə bir şərait var. Təzə gətirilən avtobuslarda bu nəzərə alınacaq”. Başqa bir yenilik isə marşrutların hərəkət sxeminə təzədən baxılmasıdır. Burada da məqsəd insanların rahatlığının təmin edilməsi və onlara əlverişli şəraitin yaradılmasıdır. NN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov: "İndi artıq qəsəbələr böyüyüb. Ona görə də elə yerlər var ki, bu gün biz həmin yerlərə yeni marşrutların çəkilməsini planlaşdırırıq. Elə yerlər də var ki, həmin yerlərə çox marşrut gedir. Ona görə də həmin yerlərdən marşrutların sayının azaldılması məsələsi ola bilər”. Hazırda isə 172 xətt üzrə marşrut fəaliyyət göstərir.

 

Mənbə: Mili.Az

9 yanvar 2014
GO BACK