Qadin.NET / Yahoo! virus yayır

Yahoo! virus yayır

 

Yahoo! internet şirkətinin nümayəndələri deyib ki, ötən həftə Avropa portallarından bəziləri zərərli proqram təminatı yayıblar ki, bu da minlərlə istifadəçi üçün potensial təhlükə yaradır.Milli.Az ICTnews-a istinadən bildirir ki, problem barədə ilk öncə kompüter təhlükəsizliyi üzrə ixtisaslaşmış Fox-IT şirkəti məlumat verib. Yahoo! şirkəti bəzi portalların virusa yoluxması faktını təsdiqləyib və açıqlama verib ki, zərərli kod ads.yahoo.com sistemində göstərilən reklam bannerlərində olub. Problem tezliklə aradan qaldırılıb, lakin bəzi kompüterlər riskə məruz qalıb. Bu halda Mac OS platforması ilə işləyən qurğuların sahibləri zərər görməyiblər.Fox-IT şirkətinin versiyası daha təhlükəli səslənir. Mütəxəssislərin məlumatına görə, zərərli kod hər saat 300 min istifadəçi kompüterinə hücum edib. Rumıniya, Böyük Britaniya və Fransa daha çox zərər görüb. Hücumun arxasında kimin dayandığı hələ ki bilinmir.

 

Mənbə: Milli.Az

9 yanvar 2014
GO BACK