Qadin.NET / Quba Soyqırımı Memorial Kompleksini ziyarət edənlərin sayı artır

Quba Soyqırımı Memorial Kompleksini ziyarət edənlərin sayı artır

 

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Quba Soyqırımı Memorial Kompleksini yeni ilin ilk həftəsində 200-ə yaxın şəxs ziyarət edib. Onların arasında tələbə, məktəbli və xarici vətəndaşlar üstünlük təşkil edib. Ziyarətçilər daha çox kompleksdəki tarixi sənədlərə və soyqırıma məruz qalan əraziləri əks etdirən fotolara maraq göstərib. Memorial Kompleksdən fərqli olaraq Quba kütləvi məzarlığının vəziyyəti ürəkaçan deyil. Məzarlıq Qudyalçayın sahilində yerləşdiyindən ərazi, demək olar ki, daima nəmişlikdir. Bu da oradakı sümükləri məhvolma təhlükəsilə üz-üzə qoyur. Ümumi sahəsi 514 kvadratmetr olan kütləvi məzarlığın yalnız 494 kvadratmetrlik hissəsində tədqiqat işləri aparılıb. Qalan 20 kvadratmetr ərazi isə beynəlxalq tədqiqat işləri üçün saxlanılıb.

 

Mənbə: Milli.Az

9 yanvar 2014
GO BACK