2013-cü ilin dekabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub.Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, ötən ilin yanvar-dekabr aylarında bu kəmərlə 29,7 milyon ton neft ötürülüb.Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il yanvar ayının 1-dək BTC-yə 235,3 milyon ton neft vurulub.
Mənbə: Milli.Az