Qadin.NET / Bakı klubu Çempionlar Liqasının qalibi ilə vidalaşdı

Bakı klubu Çempionlar Liqasının qalibi ilə vidalaşdı

 

Azərbaycan Super Liqasının gümüş mükafatçısı “İqtisadçı” 2 voleybolçusu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının I pley-off mərhələsinə hazırlaşan Bakı təmsilçisi çinli Kiuyue Vey və amerikalıKim Vilouqbi ilə müqaviləni qarşılıqlı şəkildə pozub. Düzdür, Veyin gedişi gözlənilən idi. Çünki argentinalı Romina Lamasın transferindən sonra komandada toppaylayıcıların sayı 3-ə çatmışdı ki, onlardan biri ilə yolların ayrılacağı planlaşdırılırdı. Baş məşqçi Bülənt Karslıoğlu da italiyalı Valentina Serenanı saxlamağı lazım bilərək, Asiya Çempionlar Liqasının 3 qat qalibi ilə vidalaşıb. Pekin Olimpiadasının finalçısı Vilouqbi isə “İqtisadçı”da özünü yaxşı tərəfdən göstərə bilmədi. Bunun üçün də klub rəhbərliyi ehtiyatda gününü keçirən Ariel Uilsonun ardınca Kimə də ABŞ-a qayıtmağı “məsləhət görüb”. Qeyd edək ki, hazırda Super Liqada ikinci pillədə qərarlaşan “İqtisadçı” Çempionlar Liqasının 1/6 finalında Türkiyənin “Vakıfbank” klubu ilə qarşılaşacaq. 

 

Mənbə: Milli.Az

9 yanvar 2014
GO BACK