
Son günlər yayılan qripə bənzər xəstəlik çoxlarından yan keçməyib. H3N2 virusu olaraq adlandırılan bu xəstəlik mövsümü olsa da, ağır fəsadlarla nəticələnə bilər. Virus orqanizmin mikroblarla mübarizəsinə mane olur. Bəs ondan necə qorunmaq olar? Türkiyənin Yeditepe universitetinin şöbə müdiri, professor Erdem Yaşıladaxəstəliklə mübarizənin faydalı və asan yollarını təqdim edib. Milli.Az anspress-ə istinadən oxucularını bu virusdan qorunmağın yolları ilə tanış edir. Virusla mübarizə üçün ən yaxşı vasitələr bitki çaylarıdır. Bu sırada ilk yerdə çökə çayı (ıhlamur) gəlir. Çökə çayı tərkibindəki birləşmələr sayəsində iltihabı aradan qaldırır və ağrıkəsici təsir göstərir. Boğazı yumşaldır, qıcıqlanmanı aradan qaldırır. Soyuqdəymənin nəticələrinin aradan qaldırılmasına kömək edir.
Adaçayı
Bu çay ağız və boğaz iltihablarında faydalıdır. Bu bitkinin həm çayı, həm də qarqarasından istifadə etmək olar.
Zəncəfil
Soyuqdəymə və qriplə mübarizədə ən effektiv vasitələrdən biridir. Tərkibindəki maddələr iltihabın qarşısını alır və mikroblarla mübarizə üçün orqanizmi gücləndirir.
Mənbə: Milli.Az