Avropa Birliyi Türkiyədə polis məmurlarının işdən çıxarılması üçün böyük narahatlıq keçirir. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Olivye Bayn bildirib. Onun sözlərinə görə, Türkiyə Avropa birliyinə üzv olmaq üçün bir namizəd kimi üzərinə düşən hüquqi dövlət prinsiplərinə riayət etməli, bəzi rəsmilərin cinayət işlərini qərəzsiz araşdırmalı və ayrı-seçkiliyə yol verməməlidir. Xatırladaq ki, Türkiyə rəhbərliyi son günlər Ankara polisinin 350 əməkdaşını işdən çıxarıb. Medianın yazdığına görə, bu, dekabrın 17-də ölkədə keçirilən “Böyük rüşvət” əməliyyatı ilə bağlıdır.
Mənbə: Milli.Az