Qadin.NET / Hava yağmursuz olacaq

Hava yağmursuz olacaq

 

 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.Az-a verdiyi məlumata görə, havanın temperaturunun gecə 1-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lənkəran-Astara zonasında çiskin olması gözlənilir. Qərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan - 1 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Mənbə: Lent.Az

9 yanvar 2014
GO BACK