İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messinin yaşıl meydanlara qayıdışı möhtəşəm olub. Lent.Az-ın məlumatına görə, ölkə kubokunun ilk 1/8 final matçında argentinalı hücumçu “Xetafe”nin qapısından 2 top keçirib. 64-cü dəqiqədə oyuna daxil olan Messi 90-cı və 90+3-cü dəqiqələrdə fərqlənərək, “dubl” edib. Bunadək Sesk Fabreqasın 9-cu və penalti ilə 63-cü dəqiqələrdə vurduğu qollarla “Barsa” 2:0 hesabı ilə öndə olub. Beləliklə, Kataloniya təmsilçisi “Xetafe”ni darmadağın edib – 4:0. Cavab görüşü yanvarın 17-də olacaq. Qeyd edək ki, Lionel Messi zədəsi yenicə sağalıb.
Mənbə: Lent.Az