Qadin.NET / “Real Madrid” Xabi Alonso ilə müqaviləni uzatdı

“Real Madrid” Xabi Alonso ilə müqaviləni uzatdı

 

“Real Madrid” Xabi Alonso ilə müqaviləni uzatdı

 

İspaniya milli komandasının futbolçusu Xabi Alonso “Real Madrid” klubu ilə müqaviləsini uzadıb. Lent.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi 30 iyun 2016-cı ilədək “kral klubu”nda qalacaq.

Yeni anlaşmadan sonra Madrid təmsilçisinin prezidenti Florentino Peres Alonsoya “2016” yazılmış xüsusi saat və futbolka təqdim edib.

Qeyd edək ki, Xabi Alonso “Real Madrid”ə 2009-cu ildə İngiltərə “Liverpul”undan keçib. O, “kral klubu”nun heyətində 204 oyuna 6 qol vurub.

Mənbə: Lent.Az

9 yanvar 2014
GO BACK