Qadin.NET / Heç bir Papa bunu eləməzdi, amma o elədi...

Heç bir Papa bunu eləməzdi, amma o elədi...

 

Qəribə hərəkətləri ilə diqqət çəkən Roma Papası Fransisk daha bir ilkə imza atıb. Anspress-in məlumatına görə, Papa keçmiş dostunu maşınına götürərək gəzintiyə çıxıb. Vatikanın Müqəddəs Pyotr meydanında "Papamobile" adlı maşını ilə gəzərkən yerlisi, argentinalı rahib Fabian Baezi görüb. O, dərhal maşını saxladıb və onu qorumaqla məsul olan mühafizəçiləri göndərərək Baezi çağırtdırıb. Rahib ilə qucaqlaşıb görüşən Papa dostunu maşınına mindirərək bir ilkə imza atıb. Daha sonra iki din xadimi gəzintiyə davam edib. Baş verənlər hətta argentinalı rahibi də təəcübləndirib. "Öz-özümə mən burada nə edirəm deyə sual verdim", - deyə o bildirib. Qeyd edək ki, Papa adıçəkilən meydandakı ayinlərdən öncə adətən xalqın arasında gəzir, uşaqlar və körpələrlə maraqlanır.

 

Mənbə: Milli.Az

9 yanvar 2014
GO BACK