Qadin.NET / Bu ilin ilk quş qripi ölümü qeydə alındı

Bu ilin ilk quş qripi ölümü qeydə alındı

 

Bu il ilk dəfə quş qripindən ölüm hadisəsi Kanadada qeydə alınıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Kanadanın qərbindəki Albert vilayətində baş verib. Həmin xəstəlikdən ölən şəxsin adı bildirilmir. O, ötən ilin dekabr ayında Çinə səfəri zaman həmin virusa yoluxub. Ölümü isə yanvarın 3-də baş verib. Röyters agentliyi bildirir ki, Kanada hökuməti vətəndaşlara xəbərdarlıq edib ki, Çinə səfər edərkən quşlarla hər hansı formada yaxın olmaqdan çəkinsinlər. Çünki oradakı quşlar potensial H5N1 virusunun daşıyıcılarıdırlar. Bu xəstəliyə yoluxan şəxslərin 60%-i ölüm təhlükəsindən qaça bilmir. 

 

Mənbə: Milli.Az

9 yanvar 2014
GO BACK