Qadin.NET / Azərbaycanda ilk - böyrək köçürülən qadın ana oldu

Azərbaycanda ilk - böyrək köçürülən qadın ana oldu

 

Azərbaycanda böyrək köçürülən qadın ana oldu. Anspress-in məlumatına görə, Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunan Vüsalə Pənahova 7 il dializ aparatı ilə yaşayıb. Daha əvvəl 16 və 11 yaşında iki övladı olan qadın üçüncü dəfə ana olmaq arzusunda olub. 2012-ci ildə qardaşının donorluğu ilə böyrək köçürülən Vüsalə Pənahovanın bu arzusu reallaşıb. Həkimlər böyrək transplantasiyasından sonra dünyaya övlad gətirmənin Azərbaycanda ilk hadisə olduğunu deyirlər. Böyrək transplantasiyasına qədər vəziyyəti olduqca ağır olan qadın uğurla əməliyyat olunduqdan və xüsusi sxemlərlə müalicə olduqdan sonra ana ola bilib. Həkim Elnur Fərəcovun sözlərinə görə, dializ xəstələrinin ana olmaq şansı aşağıdır: "Dializ xəstələrində ana olmaq şansı çox aşağıdır: 200 nəfərə bir belə şans ola bilər. Lakin böyrək transplantasiyasından sonra qadınların ana olmaq ehtimalı elə sağlam qadınlarda olduğu kimidir".Xatırladaq ki, 1971-ci ildə Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə olaraq Azərbaycanda Mirməmməd Cavadzadənin rəhbərliyi altında ilk dəfə böyrək köçürmə əməliyyatı keçirilib.

Mənbə: Milli.Az

 

9 yanvar 2014
GO BACK