
İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. Milli.Az-ın məlumatına görə, ikinci oyun günündə bir qarşılaşma baş tutub. İngiltərədə rəqibinə acımayan "Mançester Siti" daha bir komandanı biabır edib. "Şəhərlilər" öz meydanlarında "Vest Hem Yunayted"i darmadağın ediblər. Alvaro Neqredo müdafiə xəttinin başına bəla olub. Het-trik edərək cavab oyunda rəqibə şans verməyib. Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları yanvarın 21-i və 22-də keçiriləcək.
8 yanvar
İngiltərə Liqa kuboku
"Mançester Siti" - "Vest Hem" - 6:0
Qollar: Neqredo, 12 (1:0), 27 (2:0), Yaya Ture, 40 (3:0), Neqredo, 49 (4:0), Dzeko, 61 (5:0), 90 (6:0)
7 yanvar
Sanderlend" - "Mançester Yunayted" - 2:1
Qollar: Qiqqz, 45-avtoqol (1:0), vidiç, 52 (1:1), Borini, 65-pen (2:1)
7 yanvar
Sanderlend" - "Mançester Yunayted" - 2:1
Qollar: Qiqqz, 45-avtoqol (1:0), vidiç, 52 (1:1), Borini, 65-pen (2:1)
Mənbə: Milli.Az