Almaniyada 2013-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Almaniya Futbol İttifaqının keçirdiyi sorğuda yığmanın türk əsilli yarımmüdafiəçisi Məsut Özil hamını qabaqlayıb. 25 yaşlı futbolçusu səslərin 30 faizini toplayaraq, buna nail olub. O biri iki pillədə isə “Bavariya”nın futbolçuları qərarlaşıb- Filipp Lam ikinci (17,5 faiz səs), Tomas Müller isə üçüncü yeri tutub (13,7 faiz). Qeyd edək ki, hazırda İngiltərə “Arsenal”ının şərəfini qoruyan Özil ard-arda 3-cü dəfədir bu mükafata layiq görülür.
Mənbə: Lent.Az