Qadin.NET / ABŞ-ın donu açılır: itkilər 5 milyard dollara çatıb

ABŞ-ın donu açılır: itkilər 5 milyard dollara çatıb

 

ABŞ-ın donu açılır: itkilər 5 milyard dollara çatıb

ABŞ-da günlərdən bəri davam edən rekord şaxta səngiməyə başlayıb. Ölkənin "donu açılır". Meteoroloqların "qütb burulğanı" adlandırdıqları Arktik siklonun vurduğu qərb bölgələrində hava hələ də soyuq olsa da, əvvəlki günlərlə müqayisədə bir qədər istiləşib. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Birləşmiş Ştatlarda son 20 ilin ən soyuq havalarının bərqərar olması nəticəsində 21 nəfər həlak olub. 11 mindən artıq aviareys təxirə salınıb. Bu gün axşam saatlarında havanın temperaturunun normaya qayıdacağı gözlənilir. Alabama, Corciya, Tennesi, Arkanzas, Miçiqan, Merilend, Ohayo, Pensilvaniya və Nyu-Yorkda şaxtalar rekord vurmuşdu. Alabama ştatının qubernatoru da soyuqların qurbanı olub. Onun evinin damında su borusu donaraq partladığı üçün 50 min dollarlıq təmirə ehtiyac var. Yanvarın əvvəlindən bəri Birləşmiş Ştatlarda havaların kəskin soyuması nəticəsində ölkə iqtisadiyyatına ağır zərbə dəyib. İqlim şərtlərinin biznesə təsirlərinin araşdırılmasında ixtisaslaşmış Planalytics şirkətinin hesablamalarına görə, rekord şaxtalar nəticəsində ABŞ iqtisadiyyatı 5 milyard dollarlıq itkilərə məruz qalıb. 2010-cu ildə bir həftə davam etmiş soyuqlar isə Birləşmiş Ştatlara 25-30 milyard dollara başa gəlmişdi. Ekspertlərin fikrincə, soyuqlar ABŞ iqtisadiyyatının inkişafını ləngidə bilər.

Mənbə: Milli.az
9 yanvar 2014
GO BACK