Qadin.NET / ABŞ-da hərbi helikopter qəzaya uğrayıb

ABŞ-da hərbi helikopter qəzaya uğrayıb

 

ABŞ-da qəzaya uğrayan hərbi helikopterin iki nəfər ekipaj üzvü ölüb. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, helikopter Atlantik okeanının sahilində yerləşən Virciniya-Biç şəhəri yaxınlığında  suya düşüb. Helikopterin göyərtəsində 5 nəfər olub, onlardan 4-ü xilas edilib.  Lakin hərbçilərdən 2 nəfəri aldıqları xəsarət nəticəsində hospitalda keçiniblər. Ekipajın beşinci üzvünün axtarışı davam edir. Sağ qalmış hərbçilərin vəziyyəti haqqında məlumat verilmir. Qəzanın səbəbləri hələ ki bəlli deyil.

 

Mənbə: Milli.Az

9 yanvar 2014
GO BACK