Kuril adaları yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib. APA-nın “Interfax” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla 03:50-də İturup adasından 430 km şimalı-şərqdə, 70 km dərinlikdə qeydə alınıb. Dağıntılar və xəsarət alanlar yoxdur, sunami xəbərdarlığı elan olunmayıb.
Mənbə: Mili.Az