Qadin.NET / Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?

Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?

 

Bakı şəhərində avtomobil çoxluğunun tıxaclar yaratmasından danışılır, yazılır. Ancaq əsas problemin əslində tıxac yox, aldığımız nəfəsin necə zəhərli olması isə heç yada düşmür. Avtomobillərdən çıxan tüstü paytaxtın ekologiyasını zəhərləməsində sərnişin avtobusları böyük pay sahibləridir. Avtobusların nasaz olması səbəbindən havaya kəskin tüstü buraxılır. Milli.Az olaraq belə bir faktın yalnız birini oxuculara göstəririk. Baxıb özünüz nəticə çıxarın. Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov Milli.Az-a açıqlamasında bildirdi ki, hər ilin avqust ayında təmiz hava aylığı keçirilir və bu çərçivədə avtomobillər ciddi yoxlanır. Ancaq respublika ərazisindəki ekologiya postlarında həmin avtobuslar saxlanılır və xüsusi texniki vasitələrlə yoxlanılır. Eyni zamanda avtomobillər texniki baxışdan keçirilərkən ölkəyə gətirilmiş dioqnostika mərkəzlərində fəaliyyət göstərən cihazlarla yoxlanılır. Ətraf mühiti çirkləndirirsə, həmin avtomobillər texniki baxışdan keçən zaman müəyyən edilir, inzibati qaydada məsuliyyətə cəlb edilir.

 

Mənbə: Milli.Az

9 yanvar 2014
GO BACK