Qadin.NET / Günün ulduz falı - 09.01.2014

Günün ulduz falı - 09.01.2014

 

Qoç - günün emosional fonu əlverişli deyil. Situasiya gərgindir. Sakitliyin hətta görüntüsünə nail olmaq çətindir. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə aqressiv və sərt olmayın. Nəyin bahasına olursa-olsun, bildiyiniz kimi davranmaq istəyi işdə və evdə problemlərə səbəb ola bilər. Mövqeyi və fikri sizə önəmli olan insanlar sizdən üz döndərərək yardım istəyinizi qulaqardına vura bilərlər. Problemləri müstəqil şəkildə həll etməli olacaqsınız. Həssas və diqqətli olun.
Buğa - emosiyalar və hisslərlə zəngin gündür. Yaxın ətrafınızdakı insanları anlamağa çalışın. Onların gerçək niyyətlərini və planlarını müəyyənləşdirməyə cəhd göstərin. Əvvəllər ümumi dil tapmadığınız insanlarla münasibətləri normallaşdıra bilərsiniz. İşdə həmkarlar və rəhbərliklə ünsiyyət üçün əlverişli gündür. Romantik görüş uğurlu keçəcək. Yaşam arealının qaydaya salınması ilə bağlı işlər sizi ruhlandıracaq. İstənilən formatda yaradıcılıq işləri üçün münasib zamandır.
Əkizlər - sakit və xoş gündür. Əvvəllər başladığınız işləri bitirməyə çalışın. Bütün məsələlərdə yaxın ətrafınızdakı insanlarla razılaşmayacaqsınız. Amma fikir ayrılıqlaır yaranarsa, diplomatik səyləri işə salaraq münaqişələrə yol verməyin.
Mühüm görüşlərdə mühafizəkar davranın. Danışıqlarda orijinallıq və ekstravaqantlıq etməyin.
Əvvəlki günlərdən fərqli olaraq işlər daha çoxdur. Həmin işlərin hamısını müstəqil görməyə çalışmayın. Yardım üçün yaxınlarınıza müraciət edə bilərsiniz. Belədə uğura daha tez nail ola bilərsiniz.
Xərçəng - əvvəlki günlərdən fərqli olaraq indi bir sıra məsələlərin həlli çətinləşir. Gərəkli nəticəni əldə etmək üçün müəyyən daxili sədləri dəf etmək, zəifliklərinizə qalib gəlmək lazımdır. Amma özünüzlə mübarizəniz o qədər də asan olmayacaq.
Səhhətinizin qeydinə qalın. İfrat yorğunluğa düçar olmayın. Dürüst qidalanın. Günün ikinci yarısında dostlarla, sevdiyiniz insanla görüşə bilərsiniz. Ünsiyyət xoş olacaq.
Şir - mühüm hadisələr vəd etməyən gündür. Zaman rəvan və sakit keçir. Situsiyadan yararlanaraq plan və niyyətlərinizi gerçəkləşdirməyə, yarımçıq işləri başa vurmağa çalışın. İşgüzar görüşlər pis keçmir. Amma məsələlərin yekun həlli tezliklə əldə olunmayacaq. Səbrli, təmkinli olun. Məişət problemlərinin miqyasına nəzər salmadan onları həll etməyə başlamayın. Unutmayın ki, çətinliklər ilk baxışda göründüyü kimi deyil. Xırda işləri ürəyinizə salmayın.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətdə problemlər olmayacaq.
Qız - gün məhsuldar olacaq. Detallara diqqət və təfərrüatlara ciddi fikir verilməsini tələb edən işlər üçün münasib zamandır. Həll olunması gərəkən istənilən diqqətlə düşünün, heç nəyi nəzərdən qaçırmayın. Belədə taktikanız uğurlu olacaq.
Peşəkar fəaliyyət sahəsində mövqelərinizi möhkəmləndirmək, nüfuzlu şəxsdən dəstək almaq imkanı yaranır.
Günün ikinci yarısında yaşam potensialı səviyyəsi aşağı olduğundan əvvəlki vaxtlarla müqayisədə daha tez yorulacaqsınız. Səhhətinizdə problemlər yarana bilər. Axşam saatlarını sakit istirahətə, xoş ünsiyyətə həsr edin.
Tərəzi - maraqlı və uğurlu gündür. Başladığınız işlərdə uğur qazanacaqsınız. Problemlərin həlli orijinal yanaşma, qeyri-standart həllər tələb edir. Rutin işlər aktiv çalışmağınızı ehtiva edir.
Çətinliklər yaranarsa, müttəfiq və ya tərəfdaşlarınız yardıma gələcəklər. Onlara izafi müraciət etməyə ehtiyac yoxdur.
Gəlir olacaq. Yaxınlarla təmaslar, ailə bağlantılarının möhkəmlənməsi üçün əlverişli zamandır. Ailə tədbirləri yaxşı keçəcək. Ailə üzvlərini və qohumları sevindirin. Yaşam potensialı səviyyəsi yüksəkdir. Səhhətinizə fikir verin.
Əqrəb - mürəkkəb və çətin gündür. Yaxın ətrafınızdakı insanlar sanki səbrinizi sınağa çəkirlər. Onlar mövqeyinizə və fikirlərinizə qulaq asmaq istəmirlər. Münaqişələrdən yayınmağa çalışsanız da, buna nail olmaq asan deyil. İstənilən formada intriqaya qatılmayın. Ədalətsiz metodlardan istifadə etməyin. Fəndgirlik etsəniz, hiyləniz tezliklə açılacaq. Alış-verişdə bədxərclik etməyin. Mənfəət vəd etməyən anlaşma və sövdələşmələrə varmayın. Günün ikinci yarısında işləri azaldın. İfrat yorğunluq xroniki xəstəliyin ilk simptomlarına səbəb ola bilər.
Oxatan - əlverişli və yaxşı gündür. Başladığınız işlərin hamısının öhdəsindən gəlməyə çalışın. Köhnə dostlar və sınanmış müttəfiqlər sizə yardım edəcəklər. Yeniliklərə olan marağınız artır. Başqasının təcrübəsindən yararlanmağa can atın. Cari işlər darıxdırıcı deyil. Daha maraqlı işlə məşğul olmaq üçün yetərincə vaxt qalır. Yaxınlarınızla münasibətlər yaxşı alınacaq. Uzun müddətdən bəri anlamaqda çətinlik çəkdiyiniz insanla təmasları normallaşdıra bilərsiniz. Gəlir əldə edə, qiymətli hədiyyə ala bilərsiniz.
Oğlaq - gün ərzində yaranan problemlərə soyuqqanlı yanaşmayın. Onlar öz-özünə həll olunmayacaq. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktiv fəaliyyətə lüzum duyulur. Nə qədər çox işgüzar olsanız, gün ərzində o qədər az problemlə qarşılaşacaqsınız. Maliyyə çətinlikləri yarana bilər. Müntəzəm ödənişlərin həyata keçirilməsində çətinliklərin yaranması istisna deyil. Yaxınlarınızla dil tapmaq asan deyil. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Sevdiyiniz iş əhvalınızı bərpa edəcək.
Dolça - maliyyə məsələlərinin həlli üçün əlverişli gündür. Gəlir, əvvəllər gördüyünüz işə görə ödəniş istisna deyil. İşgüzar danışıqlar məhsuldar keçəcək. Həmsöhbətlərinizi haqlı olduğunuza inandırın. Əvvəllər opponentlərinizin tərəfində olan insanların da dəstəyini qazanmağa çalışın. Yeni iş və ya tanışlıqlar aramaq üçün əlverişli zamandır. Yaxın ətrafınızdakı insanların həyatlarına müdaxilə etməyin. Başqalarının problemlərini öz müşkülünüz saymayın. Həssas və diqqətli olun. Məsləhətlərinizə heç də hamının ehtiyacı yoxdur.
Balıqlar - təxribatlara uymayın. Bədxahlardan kiminsə sizin əhvalınızı pozmağa cəhd göstərməsi istisna deyil. Soyuqqanlı olun, müqavimət göstərin. Təmkinli davransanız, bu gün səhvlərdən yayına bilərsiniz. Yalınz etibar etdiyiniz insanlara, müttəfiqlərə güvənin. Şəxsi həyatınızdakı problemləri yaxşı bələd olmadığınız, soyuqqanlı və məntiqli davranışına inanmadığınız insanlarla müzakirə etməyin. Evdə və ya işdə münaqişələr ən kiçik, mənasız səbəbdən yaranaraq qısa müddətdə ciddiləşə bilər. Yolverilən güzəştlərə getmək olar. Amma yaxın ətrafınızdakı insanlar sizdən daha əhəmiyyətli qərarlar gözləyirlər. Mövqeyinizi müdafiə edin. Haqlı olduğunuz az sonra hamıya bəlli olacaq.
Mənbə: Milli.Az
9 yanvar 2014
GO BACK